Bir müddət öncə xərçəng xəstəliyi səbəbilə əməliyyat olunan və hazırda da müalicə alan aparıcı və vəkil Zülfiyyə Bayramovadan xəbər var.
Unikal.org-un axsam.az-a istinadən məlumatına görə, Zülfiyyə kimyaterapiyalardan sonra saçının töküləcəyini nəzərə alaraq keçəl olmağa qərar verib. Ona isə dəstək məqsədi ilə həyat yoldaşı İlqar Mikayıloğlu, oğlu, qardaşı,qardaşı oğlu, bir çox yaxınları, eləcə də, tanınmış simalar saçlarını keçəl kəsdiriblər.
Həmin görüntüləri lentə alan ailə videonu sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Z.Bayramova bu ilin əvvəlində xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı. Aparıcı may ayında cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb. Azərbaycanda baş tutan əməliyyat uğurlu keçib. Əməliyyatdan sonra aparıcı Türkiyədə bir kurs müalicə alıb. O, müalicəsini Bakıda davam etdirir.