"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) ilk avtobusların yığılmasını həyata keçirməyə başlayıb.
Unikal.org Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.
X.Fətiyev qeyd edib ki, istehsalın lokallaşdırılması 50 faizə çatacaq: "Zavodda istehsal edilən avtobuslar şəhər tipli olacaq və onlardan Bakıda və bölgələrdə istifadə etmək mümkün olacaq".
O qeyd edib: "Avtobuslarımızın və onların mühərriklərinin keyfiyyəti çox yüksək səviyyədə olacaq. Banları özümüz yığacağıq, mühərrikləri isə xarici istehsalçılardan alacağıq".