Ukraynanın Lvov şəhərində kunq-fu ürə Avropa çempionatının yarışları zamanı azərbaycanlı azarkeşlərlə ermənilər arasında baş vermiş kütləvi davadan sonra yerli azərbaycanlı və erməni icmaları arasında barışıq olub.
Unikal.org xəbər verir ki, bu haqda Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyan "Azadlıq" radiosunun erməni xidmətinə bildirib.
Məlumata əsasən Lvovun erməni icmasının rəhbəri Nikolay Köçəryan və icma nümayəndəsi Suren Avakyan bu gün yerli azərbaycanlı icmasının nümayəndələri ilə görüşüblər. Azərbaycanlı icmasını görüşdə kimlərin təmsil etdiyi açıqlanmır.
"Tərəflər icmalar arasında gərginliyin azaldılması üçün addımlar atmaq barədə razılığa gəliblər. Onlar razılaşıblar ki, gərginliyi azaltsınlar və bundan sonra belə insidentlərdən qaçsınlar"-səfir deyib. Onun sözlərinə görə, hazırda Lvovda sakitlikdir, gərginlik azalıb.
Manukyan deyib ki, o özü və Ukrayna ermənilərinin ittifaqının rəhbəri Vilen Şatvoryan problemləri həll etmək üçün hər şeyi ediblər."Allaha şükür ki, alındı. Baxaq görək bu sülh vəziyyəti nə qədər davam edəcək. Burada ermənilərlə bağlı problem yoxdur, hər şey erməni icmasının nəzarəti altındadır"-Manukyan deyib.