Bu gün Soçidə iki günlük Rusiya- ASEAN (Cənub-Şərqi Asiya ölkələri təşkilatı) sammiti keçirilir.
Unikal.org-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova sammitdə "kalinka" rəqsini oynayıb.
Zaxarova bildirib ki, "kalinka" nəinki Rusiya sakinləri və "Çelsi" azarkeşlərinin, həm də bir çox xalqların sevimli rəqsidir.
Onun rəqsi ətrafdakı insanların böyük diqqətinə səbəb olub və hər kəsi təəccübləndirib.