Futbol üzrə Çempionlar Liqasında ikinci təsnifat mərhələsində qarşılaşacaq bütün komandalar müəyyənləşib.
Unikal.org xəbər verir ki, Çempionlar Yolunda Azərbaycan təmsilçisi "Qarabağ" Albaniya təmsilçisi "Kukesi"yə rəqib olub. İlk oyun 24-25 iyulda səfərdə, cavab görüşü 31 iyul - 1 avqustda Bakıda baş tutacaq.
"Qarabağ"ın sabiq futbolçusu, yığmamızın üzvü Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı isə Danimarka "Mityulland"ına rəqib olub. İlk oyun Astanada olacaq.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi
"Astana" (Qazaxıstan) - "Mityulland" (Danimarka)
"Ludoqorets" (Bolqarıstan) - "Videoton" (Macarıstan)
"Kukesi" (Albaniya) - "Qarabağ" (AZƏRBAYCAN)
ÇFR (Kluj, Rumıniya) - "Malmö" (İsveç)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Hapoel" (Beer-Şeva, İsrail)
"Srvena Zvezda" (Serbiya) - "Suduva" (Litva)
BATE (Borisov, Belarus) - HİK (Helsinki, Finlandiya)
"Şkendiya" (Makedoniya) - "Şerif" (Moldova)
"Legiya" (Varşava, Polşa) - "Spartak" (Trnava, Slovakiya)
"Seltik" (Şotlandiya) - "Rusenborq" (Norveç)
Liqa Yolu
PAOK (Yunanıstan) - "Bazel" (İsveçrə)
"Ayaks" (Hollandiya) - "Şturm" (Qrats, Avstriya)