Azərbaycan prezidenti İlham Əliyev iyulun 19-da Parisdə "Total şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşüb.

Unikal.org-un məlumatına görə, görüşdə "Abşeron qaz-kondensat yatağının işlənilməsi və inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəzərin Azərbaycan sektorundakı "Ümid-Babək təbii qaz yataqlarının işlənilməsində "Total şirkətinin iştirak etməsi imkanları müzakirə olunub.