Baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri təsdiq edilib.
Unikal.org-un məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında" qərarında əksini tapıb.
Qeyd edək ki, bundan əvvəl bu komissiyanın sədri baş nazirin sabiq müavini Elçin Əfəndiyev olub.