İtaliyanın "Milan klubunun yeni prezidenti müəyyənləşib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, klubun səhmdarlarının iclasında rəhbər heyətində dəyişikliklər edilib. "Milanın prezidenti Li Yun Hun və klubun baş direktoru Marko Fassone vəzifəsindən azad edilib. Klubun yeni prezidenti italyan iş adamı Paolo Skaroni təyin olunub.

"Milan maliyyə feyr-pleyi qaydalarını pozduğuna görə avrokuboklardan iki illik uzaqlaşdırılmışdı. Beynəlxalq İdman Arbitraj Məhkəməsi isə bu cəzanı ləğv edib.