Fransa yığmasının baş məşqçisi Didye Deşam millidəki sabiq komanda yoldaşı Kristof Düqarrinin tənqidlərinə cavab verib.
Unikal.org xəbər verir ki, Düqarri DÇ-2018-dən əvvəl Deşamı daim tənqid edirdi. Didye Kristofdan incidiyini bildirib və rastlaşarkən onunla görüşməyəcəyini deyib:
"Düqarri tənqidləri ilə lap ağ edib. O, hətta demişdi ki, mən Fransa yığmasını girov saxlayıram. Kristof ağzına nə gəldi, danışır.
Biz bir yerdə nələrəsə nail olmuşuq. Tam səmimi deyirəm ki, mənim onunla münasibətim qaydasında olub. Ancaq indi onunla üz-üzə gəlsəm, salam belə verməyəcəm.
Fransa millisi Deşamın rəhbərliyi altında DÇ-2018-in qalibi olub.