Ötən mövsümün sonunda "Keşlə" ilə yollarını ayıran Pərdis Fərcad-Azadın yeni klubu məlum olub.
Unikal.org xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını "Zirədə davam etdirəcək. Millimizin sabiq futbolçusu Türkiyədə təlim-məşq toplanışında olan "Zirə"nin düşərgəsinə qoşulub. Pərdislə tezliklə bir illik müqavilə bağlanacaq.
2012-ci ildə Azərbaycana gələn futbolçunun ölkəmizdə ilk klubu "Sumqayıt" olub.
Pərdis Fərcad-Azad 2016-cı ildə "Keşlə"yə keçmişdi.