Bakıda ağacların qurudulması faktı ilə bağlı cinayət işi başlanıb.

Unikal.org xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Şərifzadə küçəsində yerləşən yaşıllıq zolağında 23 ədəd müxtəlif növ çoxillik ağaclardan 10 ədəd şam ağacının dibinə naməlum şəxslər tərəfindən zərərli maddə tökülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 260.2-ci (meşələri ümumi təhlükəli üsulla məhv etmə) maddəsi ilə cinayət işi başlanıb. Başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.