Dünən Bakı-Şamaxı yolunun təxminən 22-ci km.-liyində yol nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un məlumatına görə, 14:40 radələrində Müşfiqabad qəsəbəsi Yeni yaşayış Massivinə gedən körpünün üstündə qarşıdan gələn VAZ 2106 markalı 10 HP 304 dövlət nömrə nişanlı avtomobil jurnalist Zülfüqar Xeyirxəbərin idarə etdiyi Mercedes C240 markalı 90 UX 283 dövlət nömrə nişanlı avtomobilin yoluna çıxaraq vurub.
Nəticədə xasartə alan olmasa da, jurnalistin avtomobilinə ciddi ziyan dəyib. Hadisədən dərhal sonra yaxınlıqdakı Müşfiqabad postuna, 902 və 102 qaynar xəttinə məlumat verilsə də, ərazi mübahisəli olduğundan Yol Patrul Xidmətinin əməkdaşı hadisə yerinə təxminən saat 19:00 radələrində gəlib. Hadisə yerinə baxış keçirilib. Yolda hərəkət dayanmadığından izlərin müəyyən hissəsinin itməsinə baxmayaraq, hadisə yerinin tədqiqi zamanı VAZ 2106-nın 65-70 sm qarşı zolağa daxil olduğu məlum olub.
"VAZ 2106nın sürücüsü Tahir Ağayev ailəsində problem olduğunu, oğlunun nişanı qayıtdığından fikirli olduğundan qarşı zolağa çıxmasının fərqində olmadığını bildirib. Lakin bir müddət sonra o, Şamaxıda işlədiyini dediyi tanışı DYP əməkdaşı ilə danışdıqdan sonra günahını boynundan atmağa çalışıb.
Apardığımız ilkin araşdırmalar zamanı Tahir Ağayevin qayda pozmağa meyilli olduğu, bundan başqa onun məqsədli şəkildə qəza törədərək qarşı tərəfdən pul qoparmağa çalışdığı bəlli olub. Belə ki, bir neçə ay öncə Binəqədi rayonu ərazisində qəza törədərək, avtomobilin sahibini şərləməyə cəhd edib. Lakin araşdırmalar zamanı günahkar olduğu üzə çıxıb. Bu zaman Tahir Ağayev hadisəni araşdıran müfəttişi təhqir edib. Nəticədə inzibati qaydada 15 sutka azadllıqdan məhrum edilib.