Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun oliqarx həyat tərzini, kef içində yaşadığını əks etdirən, hətta kasıb insanları ələ salmaqdan çəkinmədiyi görüntüləri yayılıb.

Unikal.org Meydan TV-yə istinadən xəbər verir ki, həmin görüntülər ölkənin iki ağır devalvasiyadan keçdiyi günlərdə çəkilib.Xalq banklar qarşısında boynubükük qalıb, minlərlə vətəndaşımız məhkəmələrdə süründüyü bir zamanda nə kəramətdisə bizim deputatımızın oğlu Həbib Axundov mal-mülk, səltənət içində üzür.Həbib Axundov ətrafındakı qızlara özünün oliqarxlar kimi yaşaması, gah da əynindəki kurtkanın qiyməti ilə öyünür.

Həmin görüntüləri təqdim edirik: