Rusiya Prezidenti Vladimir Putin işlərinin çox olması səbəbindən İstanbulda keçiriləcək Ümumdünya Humanitar Forumuna getməyəcək.
Unikal.org xəbər verir ki, azertag-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dimitri Peskov bildirib.
Həmçinin Peskov bu forumda Rusiyanın başqa səviyyədə təmsil olunacağını qeyd edib.
Xatırladaq ki, Humanitar Məsələlərə Dair Dünya Sammiti mayın 23-24-də Türkiyənin İstanbul şəhərində keçiriləcək. BMT-nin Baş katibi Pan Gi Mun dünya liderlərini təşkilatın 70 illik tarixində ilk dəfə təşkil olunan dünya sammitində iştirak etməyə çağırıb.