Nəsimi Rayon Məhkəməsində aktyor-rejissor Rza Rzayevin bacısı Zeynəb Rzayevanın 220 saylı məktəbdə işinə bərpa olunması ilə bağlı iddiası əsasında məhkəmə prosesi yekunlaşıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki,hakim Natəvan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən iddia təmin olunub və Z.Rzayeva 220 saylı məktəbdə direktor müavini vəzifəsi üzrə işinə bərpa olunub.
Məhkəmə həmçinin Z.Rzayevaya işləmədiyi müddətə görə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən müvafiq miqdarda kompensasiya ödənilməsi barədə qərar çıxarıb.