İstehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Qaz Paylaıcı Stansiya-da tənzimləyicinin təmiri, At yalı kollektorundan Qobu qəsəbəsinə gedən qaz xətti üzərində quraşdırılmış diametri 150 mm-lik siyirtmədə aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 26 iyul 2018-ci il tarixdə saat 10:00-dan təmir işləri tamamlananadək Abşeron rayonu, Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə Unikal.org-a "Azəriqaz İB-dən məlumat verilib.
Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək: "Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir".