Kürdəmir rayon İcra Hakimiyyəti icra başçısı Ceyhun Cəfərovun evində baş verən ölüm hadisəsinə aydınlıq gətirib.
İH-dən unikal.org-a verilən xəbərə görə, əvvala İcra başçısı Kürdəmirli olmadığı üçün burada onun şəxsi evi yoxdur. Kürdəmirə təyin olunan icra başçıları qalmaqları üçün qonaq evi var. Ceyhun Cəfərovda orada qalır. Hadisə Ceyhun Cəfərovun evində deyil, İcra Hakimiyyətinin qonaq evində baş verib. Burada bağban işləyən Əlismayıl Sadıqov ürək tutmasından dünyasın dəyişib.