"Nar Bakı şəhəri, Hüseynbala Əliyev 4 ünvanında, Memar Əcəmi metrosunun yaxınlığında yerləşən diler mağazasının açılışını edib. 

Unikal.org  xəbər verir ki, yeni konseptə uyğun olaraq açılan "Nar mağazası Nəsimi rayonu və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır. 

Mağazada "Nar nömrələrin satışı ilə yanaşı, "Nar nömrələrin sifarişi və zədələnmiş "Nar Kartların yüklənməsi kimi xidmətlər həyata keçirilir. "Nar abunəçilərinə rahat və keyfiyyətli müştəri xidmətləri göstərmək üçün mağaza mobil operatorun brend qaydalarına uyğun təmir olunub və artıq fəaliyətə başlayıb.

Qeyd edək ki, mağaza həftənin bütün günləri, saat 10:00-19:00 arası işləyir.