Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibklarlıq komitəsinin növbəti iclası keçirilir.
"Qafqazinfo" xəbər verir ki, sözügedən komitənin sədri, millət vəkili Ziyad Səmədzadə qeyd edib ki, hər il may ayında dövlət büdcəsinin icrası haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır: "İndi də 2015- ci il üzrə büdcənin icrası haqqında layihə bizə təqdim olunub. 2015- ci il Azərbaycan üçün müəyyən çətinlik yaratsa da, heç bir sosisla proqramın icrası dayandırılmayıb. Xarici öhdəliklər yerinə yetirilib. Hökumətin apardığı siyasət ölkə prezidenti tərəfindən yüksək qiymətləndirilib".
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2015- ci ildə dünya üzrə iqtisadi artım göstrəiciləri pisləşməyə doğru inkişaf edib: "Beynəlxalq iqtisadi qurumlar üzrə verilən proqnozlarda qlobal iqtisadiyyatın artırılması nəzərdə tutulmuşdu. Ancaq proqnozun əksinə olaraq, qlobal iqtisadiyyatın 0,3 faiz artım sürəti azalıb. Azərbaycan iqtisadiyyatına da bunun təsirləri olub. Bank sekrtorunun maliyyə dayanıqlığı zəifləyib. Bütövlükdə isə, əsas öhdəliklərin maliyyə təminatına nail olunub.
İcmal büdcənin gəlirləri 18, 4 milyard manat, xərcləri isə 21 milyard manat icra olunub. Qeyri-neft daxilolmalar üzrə 2015-ci il üçün 7 milyard, yaxud 107,8 faiz icra edilib. Ümumiyyətlə isə, qeyri- neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi büdcədə 41, 6 faiz təşkil edib".