İyulun 27-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskvaya səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a  verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov iyulun 28-də "Beynəlxalq ordu oyunları - 2018 yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək.