Bakıda 24 dilənçi cərimələnib.
Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olduqlarına görə 24 nəfər, o cümlədən 9 qadın və 15 azyaşlı saxlanılıb və barələrində protokollar tərtib edilib.