Ötən gecə Rusiyanın Elektroqorsk şəhərində tanınmış rusiyalı aktyor Andrey Maltsevi öldürüblər.

Unikal.org atv.az-a istinadən bildirir ki  bir sıra populyar seriallarda çəkilmiş 43 yaşlı Maltsev "Ryabinovaya roşşa" bağında 27 yaşlı, əvvəllər məhkum olunmuş bir kişi ilə dava zamanı onun tərəfindən ölümcül döyülüb. Aktyorun ölümü  dava zamanı ona qapalı kəllə-beyin xəsarəti yetirilməsi nəticəsində baş verib.
Qeyd edək ki, Maltsevi öldürən şəxs artıq saxlanılıb və cinayət  törətdiyini etiraf edib.