Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti Birləşmiş MillətlərTəşkilatının ixtisaslaşmış agentliyi olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında cari ilin 11-20 maytarixlərində keçirilmiş Dəniz Təhlükəsizliyi Komitəsinin 96-cı sessiyasında iştirak edib.
 
Bu barədə  Unikal.org-a Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Açılış nitqi ilə çıxış edən Beynəlxalq Dəniz Təşkilatnın Baş Katibi cənab Kitak Lim sessiyada iştirak edən üzv dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrini salamlayaraqBeynəlxalq Dəniz Təşkilatının dünyada dəniz üzgüçülüyünün təhlükəsiziliyinin təmin edilməsində mühüm rolunu qeyd etmiş, dəniz mühitinin mühafizəsi, dənizdə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi, eləcə də  beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması məqsədi ilə müvafiq tövsiyələrin hazırlandığını sessiya iştirakçılarının diqqətinə çatdırıb.
Cənab Kitak Lim, həmçinin gələcəkdə dəniz qəzalarının qarşısının alınması məqsədi ilə üzv dövlətlər tərəfindən baş vermiş dəniz qəzaları barədə məlumatların ətraflı şəkildə Beynəlxalq Dəniz Təşkilatının Qlobal inteqrasiya edilmiş gəmiçiliyə dair məlumat sisteminədaxil edilməsinin vacibliyini xüsusi ilə qeyd edib  
Sessiya zamanı 2016-cı il üçün "Dənizçilik dünya üçün əvəzedilməzdir" şüarı altında"Dünya Dənizçilik Günü"nə həsr olunacaqtədbirin 29 sentyabrdaBeynəlxalq Dəniz Təşkilatınınbaş qərargahında, paralel tədbirin isə noyabr ayında Türkiyədə keçiriləcəyi barədə məlumat verilib
Eyni zamanda sessiyada "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"ya, "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"ya, "Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə"yə, "Neft tankerlərinin və qalama yüklər daşıyan gəmilərin yoxlanılması üzrə genişləndirilmiş təftiş proqramı haqqında Beynəlxalq Məcəllə"yə, eləcə də dəniz nəqliyyatı sahəsi ilə bağlı bir sıra digər mühüm sənədlərə təklif edilmiş dəyişikliklər nəzərdən keçirilib.
Bununla yanaşı yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən edilməsi, dəniz ətraf mühitinin qorunması, dənizdə təhlükəsizliyin təmin olunması, həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, Beynəlxalq Dəniz Təşkilatınaüzv dövlətlərdə qəbul edilmiş standartların tətbiqinin və nəzarət mexanizminin gücləndirilməsi barədə sessiya iştirakçıları arasında ümumi müzakirələr aparılıb. 
Sessiyada, həmçinin Beynəlxalq Təsnifat Cəmiyyəti Assosiasiyasının 12 üzvünün təqdim etdiyi audit hesabatların üzv dövlətlər tərəfindən nəzərə alınması qeyd edilmiş və Türkiyə Respublikasının "Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqındaKonvensiya"nı ratifikasiya etməsi barədə məlumat verilib. 
Sessiya müddətində Dövlət Dəniz Administrasiyasının mütəxəssislərindən ibarət nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşləri keçirilmiş və fikir mübadiləsi aparılıb. 
Dünyanın 171dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 96-cı sessiyasıöz işini dəniz təhlükəsizliyi üzrə bir sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşıb.