Bu gün keçirilən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "2015-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə bağlı rəy təqdim edib.
 
Onun sözlərinə görə, ötən il dünya bazarında enerji resurslarının qiymətinin aşağı düşməsi tədiyyə balansında kəsirə səbəb olub və əvvəlki illərlə müqayisədə orta illik inflyasiya səviyyəsinin artmasına gətirib çıxarıb: "Qeyd edilən amillərə baxmayaraq, düşünülmüş iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafının diqqətdə saxlanılması ilə dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclər tam reallaşdırılıb. Məxfi xərclər istisna olmaqla, kassa xərclərində 300 milyon debitor borc yaranıb. Əvvəlki illərlə müqayisədə debitor borclarının həcmi azalıb. Bundan əlavə, satınalmalar üzrə 6930 müsabiqə təşkil edilib ki, bu, 2014-cü ilə nisbətən 16,5% azdır. Başqa sözlə, dövlət satınalmaları ilə bağlı bəzi nöqsanlar var".