Xəzər dənizinin çirklənmədən qorunması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir neçə istiqamətdə tədbirlər həyata keçirilir.
Unikal.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyi Xəzər dənizində mövcud vəziyyəti yaxşılaşdırmaq və çirkləndirmənin qarşısını almaq məqsədilə 2018-2020-ci illəri əhatə edəcək birgə Tədbirlər Planı təsdiq edib, nazirliyin mütəxəssislərindən ibarət birgə işçi qrupu yaradılıb.
Yuxarıda qeyd olunan Planın icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunda Xəzər dənizinin sahil zolağında və çimərliklərdə keçirilən birgə reydlər zamanı "Bulaq, "Üç qardaş, "Green ville, "Panorama, "Əlincə, "Raduqa, "Çıraq qala və "Venesiya istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, "Təbib, "Sunset, "Elay, "Jalə istirahət mərkəzlərində və "Panorama restoranında formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması faktları aşkar olunub.
Bununla yanaşı, Sumqayıt şəhərində Xəzər dənizinin sahil zolağında keçirilən birgə reydlər zamanı analoji faktlar aşkar olunub. Araşdırma zamanı "Relaks, "Tural-1, "Gəmi Qaya, "Orxan, "Katamaran, "Şərur, "Kaspian Standart KO MMC-yə məxsus "Kaspian Breeze istirahət mərkəzlərində formalaşan məişət-çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı və "Dostluq istirahət mərkəzində əmələ gələn məişət tullantılarının isə ərazidə qalanlandığı məlum olub.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 12500 manat məbləğində cərimə ediliblər. "Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli "məcburi göstərişlər verilib və icrası nəzarətə götürülüb.
Son 2 gündə birgə reydlər Lənkəran rayonunda Xəzər dənizinin sahil zolağında aparılır və ilkin nəticə olaraq "Meduza, "Su pərisi, "Panorama və "Məşədi istirahət mərkəzlərində aşkar olunan qanun pozuntuları barəsində protokollar tərtib olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür.
Bu reydlər mütəmadi xarakter daşıyacaq və Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin sahil zolağı boyu davam etdiriləcək və keçirilən reydlərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcəkdir.
Xəzər dənizinin çirklənməsinin şahido olan vətəndaşlar nazirliyin 168 nömrəli "Qaynar xətt xidmətinə 24 saat ərzində zəng edə bilərlər.