"Ekoloji monitorinqlər zamanı Xəzər dənizinə tökülən 224 axar qeydə alınıb".
Unikal.org xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) şöbə müdiri Rasim Səttarzadə deyib.
O bildirib ki, bu axarlar vasitəsilə bir gün ərzində Xəzərə 1850 min kubmetr tullantı suyu daxil olur.
Onun sözlərinə görə, Xəzərə axıdılan tullantı sularının yarısından çoxu təmizlənmədən axıdılır.
Rasim Səttarzadə qeyd edib ki, Xəzərə daxil olan tullantı sularının 60 %-I Volqa çayının payına düşür: "Xəzərin sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır".