Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Unikal.org bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsindən anspress-ə verilən məlumata görə, Yardımlı rayon sakini, 1978-ci il təvəllüdlü Rafael İsmi oğlu Tərlanov idarə etdiyi "Mercedes" markalı avomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşını aşırıb. Qəza nəticəsində sürücü R. Tərlanov ağır bədən xəsarətləri alıb və Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirdilər ki, onun vəziyyəti orta ağırdır.
Avtomobildə olan sərnişin, Qobustan rayon sakini 1992-ci il təvəllüdlü Mirdamət Rahib oğlu Qocayev isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, dünyasını dəyişən 24 yaşlı gənc hərbçi olub və həmin gün onun doğum günü imiş.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.