"Azerfon MMC ("Nar ticarət nişanı) cari ilin ikinci rübünün nəticələrini açıqlayıb. Nəticələrə əsasən, bu dövr ərzində şirkət ilk rübdə qeydə alınan yüksək artım dinamikasını ikinci rübdə də davam etdirib.
Unikal.org xəbər verir ki, şəbəkə infrastrukturunun genişləndirilməsinə xüsusi önəm verən "Nar ölkə ərazisində 74 3G və 161 4G baza stansiyası quraraq və abunəçilərin istifadəsinə verib. Cari ilin ikinci rübü ərzində "Nar öz abunəçilərinə 5 yeni xidmət ("Exchange, Pulsuz "WhatsApp, Turbo düymə, Full paketi üçün Rominq dəqiqələri və Əlavə dəqiqələr xidməti) təqdim edib, həmçinin 3 kampaniya (Respublika günü, Ramazan və Həftəsonu kampaniyası) keçirib. Nəticədə, mobil operatorun abunəçi bazası ötən ilin eyni rübü ilə müqayisədə 6% artıb. Hazırda "Nar abunəçilərinin sayı 2,1 milyonu keçmişdir.
"Azerfon MMC-nin Baş İcraçı Direktoru Qunnar Panke ikinci rübün nəticələrini belə şərh edib: "İkinci rübdə göstərdiyimiz inkişaf dinamikasından çox razı qaldıq. Abunəçi bazası artımı, mobil internetdən istifadənin paytaxt Bakıda və xüsusən regionlarda artması cari ilin 2-cü rübünün əsas uğurlarıdır. İlin sonunadək biz bu artım tempini saxlamaq və daha yüksək göstəricilər əldə etmək üçün çalışacağıq.
Yeni istismara verilən "Nar 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində "Nar şəbəkəsində ölkə üzrə mobil data istifadəsi ötən ilin eyni dövrü ilə müqayisədə 65% artıb. Bakı və Abşeron bölgəsində bu göstərici üzrə 60% artım müşahidə olunub. Bölgələrdə isə inkişaf tendensiyası daha yüksək olub, bölgələr mobil data istifadəsi üzrə 67% artım göstərərək paytaxt Bakını qabaqlayıb.
4G şəbəkəsinin genişləndirməsinə xüsusi diqqət yetirən "Nar ölkənin daha 22 bölgəsində Ağdaş, Daşkəsən, Gəncə, İmişli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Qax, Qazax, Qəbələ, Salyan, Şabran, Şəki, Şamaxı, Şəmkir, Tovuz, Ucar, Yardımlı, Yevlax və Zaqatalada qurulub. 4G şəbəkənin genişlənməsi sayəsində bölgələrdə smartfonlardan istifadə artıb.
Qeyd etmək lazımdır ki, qlobal trend olaraq səsli zənglərin həcmində müşahidə olunan azalma "Nar şəbəkəsinə təsir etməyib; ilk rübdə olduğu kimi, "Nar-da ölkə üzrə səsli zənglərin həcmi ötən illə müqayisədə dəyişməz olaraq qalmışdır.
Hazırda genişləndirilmiş "Nar şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə "Nar zəng xidmətlərinin keyfiyyətinin yüksəldərək "HD-Voice xidmətini tətbiq etmiş və həmin ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdır.
"Nar şəbəkəsi, eləcə də mobil operatorun yeni məhsul və kampaniyaları haqqında ətraflı nar.az saytından öyrənə bilərsiniz.