Çimərlikdə istirahət etmək istəyən qadınlar hücuma məruz qalıb.
Unikal.org Femida.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu,Pirşağı qəsəbəsi "Qızılqum" çimərliyində baş verib.Ərazidə qumluq sahədən istifadə etmək istəyən vətəndaşlar orada fəaliyyət göstərən restoran əməkdaşlarının hücumuna məruz qalıb.Hücuma məruz qalan Rusiya vətəndaşı Gülzar Antonova saytımıza bildirib ki, qumluq sahədən istifadə etmək üçün onlardan bir nəfər üçün 15 manat ödəniş tələb olunub.
"Bizə dedilər ki,çimərlikdən və dənizdən istifadə etmək ödənişlidir.Bizsə onların təklif etdiyi masada əyləşməkdən imtina etdik.Özümüz dənizin kənarında,qumluq sahədə əyləşdik.Bu zaman orada restoran fəaliyyəti ilə məşğul olan şəxslər bizə dedilər ki, onların stolunun kölgəsi düşən ərazidə oturmayaq. Bizi nalayiq söyüşlərlə təhqir etdilər.Dedilər,bu ərazilər bizimdir.Bizə hücum çəkib,ərazidən çıxarmağa çalışdılar.Ətrafdakı insanlar bizi onların hücumlarından qorudu."
Gülzar Antonova hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini də bildirib.Çimərlikdə baş verən həmin hadisənin görüntülərini təqdim edirik: