Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-”52 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-”120 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Unikal.org-a daxil olan məlumata görə, bundan başqa, təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Abşeron rayonu, Xırdalan dairəsində və Bakı şəhəri Həsən Əliyev-Bakıxanov küçəsinin kəsişməsində, Cəlil Məmmədquluzadə Küçəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.