Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əkbər Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Unikal.org-un "Report"a istinadən verdiyi xəbərə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
Qeyd edək ki, Ə.Həsənovun saxlanılmasına Abşeron rayon ərazisində yaşayan vətəndaşlardan birinin şikayət ərizəsi səbəb olub. Şikayətçi yeni inşa edilən binalardan birində Ə.Həsənovdan mənzil alıb. Əldə edilmiş razılığa əsasən, mənzilin pulu hissə-hissə ödənilib. Pul tam ödənilsə də, Ə.Həsənov satdığı mənzilin ödəniş qəbzini vətəndaşa verməyib.
Saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilən Ə.Həsənov bildirib ki, tikinti şirkətləri ilə müqavilə bağlayaraq, onlara müxtəlif xidmətlər göstərir. Göstərilən xidmətlərin müqabilində isə tikinti şirkətləri ona pul yox, mənzil verirlər.
Sahibkarın sözlərinə görə, şikayətçi ona vaxt versə də, o, müqavilə əsasında gördüyü işi tikinti şirkətinə təhvil verərək, mənzili sənədlşdirəcək.
Daha sonra Ə.Həsənovun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Məhkəmə istintaqı dövründə o, zərərçəkmişə ziyanı tam ödəyib.