Dövlət Miqrasiya Xidməti tərəfindən iyulun 25-dən 28-nə kimi qaÂnunÂsuz miqrasiyaya qarşı keçirilmiş tədÂbirÂlər zaÂmaÂnı 22-si Gürcüstan, 13-ü PaÂkisÂtan, 12-si Rusiya, 10-u Türkiyə, 6-sı Banqladeş, 6-sı İraq, 1-i Türkmənistan, 1-i Misir, 1-i İran, 1-i Hindistan və 1-i Moldova vəÂtənÂdaÂşı olÂmaqÂla ümumiÂlikdə 74 əcÂnəÂbi saxÂÂÂlaÂnılÂıb.
Bu barədə Unikal.org-a Xidmətin mətbuat xidmətindən məlumat verilib.
Saxlanılmış 5 nəfər Gürcüstan və 1 nəfər İran vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadıqları, 3 nəfər Türkiyə vətəndaşının Azərbaycan ResÂpubÂliÂkaÂÂsıÂnın ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları, digər 65 nəfərin isə ölkədə qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 57 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin ölkəmizin hüÂdudÂlaÂrından kəÂnaÂra çıxarılması istiqaÂmətində müvafiq tədbirlər görülür.
Dövlət Miqrasiya Xidməti təÂrəÂfinÂÂdən qanunsuz miqrasiyaya qarşı müÂbaÂÂriÂzə çərÂçiÂvəÂÂsində tədbirlər daÂvam etdirilir.