Daxili işlər naziri Ramil Usubov daha bir təyinatla bağllı əmr verib.
Əmrə əsasən, Zəfər Abıyev Daxili İşlər Nzairliyinin Narkotiklərlə mübarizə Baş İdarəsinin Gəncə regional bölməsinə rəis təyin olunub(Azvision).
Xatırladaq ki, polis polkovniki Zəfər Abıyev bundan öncə DİN-də Baş Cinayət Axtarışı İdarəsində məsul vəzifə daşıyırdı.
Qeyd edək ki, Zəfər Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır. O, uzun illər Azərbaycan DİN-in Ukrayna, Belarus və Moldovadakı nümayəndəsi olub.