Bu ilin 6 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 365 442-dən artıq ümumi müraciət daxil olub ki, bu da keçən illə müqayisədə 29182 nəfər çoxdur.
Səhiyyə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, bu müraciətlərdən 33113-ü xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 435210, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 56741-dən artıq olub.
Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1841 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 77923, hospitalizasiya 6688, miokard infarktı ilə müraciətlərin sayı 526, hospitalizasiya 496, insultla müraciətlərin sayı 1963, hospitalizasiya 1709 olub. Keçən ilin 6 ayı ilə müqayisədə miokard infartı və insultla bağlı müraciətlərin sayında artım müşahidə olunub.
Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak etmiş həkimlərdən ibarət xüsusiləşmiş briqadalar fəaliyyət göstərir. Doğuşla bağlı müraciətlərin sayı 2680, hospitalizasiya 2612; tibb müəssisəsindən kənar doğuşların sayı 21 olub ki, hamısı hospitalizasiya olunub. Beləliklə tibb müəssisəsindən kənar doğuşların sayında 36 nəfər azalma qeydə alınıb.
BŞT və TTYS-nın bölmələrinə (ambulator) birbaşa müraciətlərin sayı 17314, onlardan 1374-ü hospitalizasiya olunub. Ümumi müraciətlərin içində 11933-i bədbəxt hadisələrdir ki, 8335-i hospitalizasiya olunub. Zədələnmələrin ümumi sayı 10570, 6164 hospitalizasiya olunub. Statistik rəqəmlərə əsasən bu ilin 6 ayı ərzində BŞT və TTYS-na nəqliyyat hadisəsi səbəbindən 1122 müraciət daxil olub. Bu hadisələr nəticəsində 983 nəfər hospitalizasiya olunub. Ötən il ilə dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur.
6 ay ərzində baş verən 1179 nəqliyyat hadisələri nəticəsində 1037 nəfər hospitalizasiya olunub.
Pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilib. Belə ki,Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 15 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş körpələr Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiyası icra edilib.
Təcili tibbi yardıma ehtiyacı olan 226 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.