Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər yaranacaq.

"Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar iyulun 31-də gün ərzində Gəncə prospekti, M.Hadi, Vunqtau, Xudu Məmmədov, Səməd bəy Mehmandarov, General Əliağa Şıxlinski və Nəsrəddin Tusi  küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranmış narahatlıqla əlaqədar "Azərsu ASC abonentlərdən üzr istəyir.