Dünən Tarif Şurasının qiymət dəyişikliyindən sonra rayonlararası hərəkət edən marşrutlarda da qiymətlər artıb. Yəni artıq qiymət gediləcək rayona kimi olan məsafəyə görə hesablanacaq. Belə ki, bir kilometr yolun qiyməti 2,4 qəpik müəyyən edilib.
Unnikal.org-un verdiyi xəbərə görə, Dövlət Avtomobil Nəqliyyat Xidməti artıq yeni qiymətləri hesablayaraq yayımlayıb. Məlum olub ki, qiymətlər köhnə rəsmi qiymətlərə nisbətən 2-3 manat artıb.
Artıq vəsait tələb edilməməsi üçün biletləri kassadan və ya onlayn əldə edə bilərsiniz.