Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 7-dən mayın 20-dək Bakı, Mingəçevir şəhərlərində, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Zərdab, Şəmkir, Samux və Ucar rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.
Agentlikdən unikal.org-a bildirilib ki, bu müddət ərzində Tərtər rayonunda cəmi 262 ev və həyətyanı sahə, 509 partlayış yeri, 2 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 kənd qəbirstanləğı, 4 ferma, 40 əkin sahəsi, 62 ədəd partlamamış hərbi sursat, 2 ədəd POMZ minası aşkarlanıb. Eyni zamanda, mayın 10-da Tərtərin Əskipara kəndi ərazisində yerləşən əkin sahəsində aşkar edilən 1 ədəd ağ fosfor tərkibli 122 mm-lik top mərmisinin (P-4) zərərsizləşdirmə əməliyyatı mayın 11-də Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, xarici səfirliklərin nümayəndələri və hərbi attaşelərinin iştirakı ilə həyata keçirilib.
Ağcabədi rayonunda cəmi 29 ev və həyətyanı sahə, 40 partlayış yeri, 4 əkin sahəsi, 1 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Ağdamda cəmi 48 ev və həyətyanı sahə, 104 partlayış yeri, 1 ferma, 33 əkin sahəsi, 6 ədəd partlamamış hərbi sursat və 6 ədəd piyada əleyhinə mina (PMN) zərərsizləşdirilib.
Goranboy rayonunda cəmi 136 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 164 partlayış yeri, 5 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb.
Füzulidə cəmi 23 ev, 177 partlayış yeri, 45 əkin sahəsi, 13 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Yekun olaraq cəmi qeyd edilən tarixlər ərzində 498 ev və həyətyanı sahə, 994 partlayış yeri, 3 kənd orta məktəbi, 2 hərbi hissə, 1 tibb məntəqəsi, 2 kənd qəbirstanləğı, 5 ferma, 87 əkin sahəsi, 93 ədəd partlamamış hərbi sursat, 2 ədəd POMZ minası, 6 ədəd PMN minası zərərsizləşdirilib.
Tovuz rayonunda cəmi 1 ev, 84 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Zərdabda cəmi 1 ədəd tank əleyhinə mina məhv edilib.
Samux rayonunda cəmi 1 140 ədəd sursat zərərsizləşdirilib.
Şəmkirdə cəmi 1 ədəd partlamamış hərbi sursat aşkar edilərək, zərərsizləşdirilib.
Ucar rayonunda cəmi 1 ev, 7 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb.
Bakı şəhərində cəmi 102 ədəd partlamamış hərbi sursat sursat aşkar edilərək götürülüb.
Mingəçevirdə cəmi 1 ədəd partlamamış OR-281U 57 mm-lik top mərmisi aşkar olunaraq götürülüb, 1 000 kv.m ərazi təmizlənib. Yekun olaraq cəmi 2 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 356 ədəd partlamamış hərbi sursat, 7 (yeddi) ədəd tank əleyhinə mina aşkar olunaraq, zərərsizləşdirilib.
Ümumilikdə ANAMA bu müddət ərzində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Zərdab, Şəmkir, Samux Goranboy, Ucar Tovuz rayonlarında və Bakı və Mingəçevir şəhərlərində 500 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma və əkin sahələrinə baxış kecirilib. Bundan başqa, 1 449 ədəd partlamamış hərbi sursat və 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd POMZ-2 piyada əleyhinə mina və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılan minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil cevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.