Şəhərətrafı və qəsəbələrarası marşrutlar üzrə sərnişindaşımanın yeni tarifləri açıqlanıb.
Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a daxil olan məlumata görə, 125 və 199 nömrəli şəhərətrafı marşrutların nağdısz ödəniş sistemi ilə fəaliyyət göstərməsi nəzərə alınaraq, gediş haqqı tarifi 0.35 manat səviyyəsində müəyyən edilib.
"28 May metrostansiyası - Hava Limanı istiqamətində fəaliyyət göstərən H1 nömrəli ekspress marşrutun tarifində dəyişiklik edilməyib. Həmin marşrut üzrə gediş haqqı tarifi 1.30 manat təşkil edir.