Tovuzda zəhərlənmə hadisəsi olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Əyyublu kənd sakini, 1969-cu il təvəllüdlü Hümbətov Vidadi Rza oğlu dərmandan zəhərlənib.

O, Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V. Hümbətova ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır. Onun dərmanı bilmədən içdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.