Bodrumdan İstanbula TK-2525 reysini həyata keçirən «Türkiyə Hava Yolları» aviaşirkətinə məxsus TC-JHD nömrəli «Boeing-737» təyyarəsinin pilotları səmada naməlum uçan obyekt gördüklərini yerdəki dispetçerlərə xəbər veriblər.  

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, pilotlar İstanbulun Silivri səmti yaxınlığında 5 min metr yüksəklikdə ikən təyyarədən təxminən 2 min metr hündürlükdə yaşıl işıq saçan naməlum obyektin uçduğunu deyiblər.  

Qeyd olunur ki, pilotlar Gökhan K. və Sadık K. İstanbuldakı Atatürk hava limanının dispetçerlərinə heyrətamiz hadisə barədə məlumat ötürüblər. Hadisə Türkiyə vaxtı ilə saat 23:30-da (Bakı vaxtı ilə bu gün saat 00:30-da) baş verib.