ANT şirkətində maliyyə böhranı
12:28 04-09-2012
İQTİSADİYYAT
ANT şirkətində maliyyə böhranı
Holdinq prezidenti Azad İbrahimov çətin durumdadır
Azərbaycanın ən iri holdinqlərindən biri ANT Şirkətlər Qrupu çətin maliyyə vəziyyəti ilə üz-üzə qalıb. Bu barədə məlumatlı mənbələrdən bilgi əldə etmişik.
Mənbələrin iddiasına görə, son vaxtlar holdinqin işləri qaydasında getmirmiş, xüsusilə şirkətlər qrupunun inşaat layihələrində ciddi axsamalar varmış. "Holdinq rəhbərliyinin vəziyyətdən çıxış yolu üçün baş vurduğu axtarışlar istənilən nəticəni verməyib. Hazırda ANT-in maliyyə sıxıntıları özünün pik nöqtəsinə çatıb" - deyə iddialarda vurğulanır.
Xatırladaq ki, ANT Şirkətlər Qrupu 2002-ci ildə, hazırda şirkətlər qrupunun tərkibində olan "ANT İnşaat Təmir-Tikinti" MMC adı altında Azərbaycanın tikinti sektorunda fəaliyyətə başlayıb. Sonradan şirkət daha da böyüyərək, beton, pvs qapı-pəncərə, alkopan və geniş çeşiddə mebel istehsalını, ixtisaslaşdırılmış müasir tikinti və nəqliyyat texnikasını özündə cəmləşdirən, yüksək ixtisaslı kadr potensialına malik çoxşaxəli şirkətlər qrupuna çevrilib.
Yayılan məlumatlarda o bildirilir ki, hazırda ANT şirkətlər qrupunun prezidenti Azad İbrahimov üzləşdiyi kritik durumdan çıxmaq üçün holdinqin müəyyən hissələrini və bahalı avadanlıqlarını satmaq məcburiyyətində qalıb. Əlbəttə, bununla ANT-inin üzləşdiyi problemi dəf edib-etməyəcəyi dəqiq bilinmir, amma bunun özü şirkətlər qrupunun üzləşdiyi maddi çətinliklərin miqyasını və ağırlığını təsəvvr etməyə imkan verir.
Qeyd edək ki, hələ ötən ilin payızında ölkə mətbuaptında belə bir məlumat yayılmışdı ki, Öökənin əsas tikinti şirkətlərindən biri ANT Groupun prezidenti Azad İbrahimov xoşagəlməz duruma düşüb. Belə ki, İbrahimovun türk əsilli şəriklərindən birinin ona külli miqdarda pul "ataraq" aradan çıxdığı bildirilirdi.
Həmin vaxt mətbuatın yazdıqlarına inansaq, türk şərikini taparaq ondan pulunu geri tələb edə bilməyən Azad İbrahimov situasiyadan çıxmaq üçün müxtəlif üsullara baş vurub. Bunun birincisi, ANT-inin Nərimanov rayonu ərazisindəki baş ofisinin yerləşdiyi binanın bir çox otaqlarını kirayəyə vermək və kirayədən əldə edilən vəsaitlə yoxa çıxan məbləği müvəqqəti olaraq kompensasiya etməyə çalışmaqdır. "Azad İbrahimov ANT Groupun paytaxtın Yasamal rayonu ərazisində inşa etdirdiyi yüksək mərtəbəli binalarnda çoxsaylı mənzilləri məcburiyyətdən real dəyərindən çox aşağı qiymətə satışa çıxarmağa vadar olub… Ehtimala görə, Azad İbrahimov türk ortağının vasitəsilə Türkiyədə tikinti biznesini qurmaq istəyirmiş" deyə o vaxt mediada yer alan xəbərlərdə deyilirdi.
Bunu ona görə xatırladırıq ki, ANT şirkətlər qrupunun hazırda da maliyyə çətinlikləri ilə qarşılaşmasında həmin olayın (əgər bu yazılanlar doğru idisə!) da rolunun olması istisna edilməyə bilər. İstənilən halda isə ölkənin tikinti biznesində önəmli yerə sahib olan və bir çox istiqamətlərdə indiyədək liderlik mövqeləri tutmuş bir holdinqin maddi krizislə üzləşməsi, həmçinin buna gətirib çıxaran səbəblər maraq doğurmaya bilməz.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40