Güləşçilərin reytinq siyahısı açıqlanıb.
Unikal.org xəbər verir ki, siyahını Ümumdünya Güləş Birliyi təqdim edib.
87 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz İslam Abbasov dünya reytinqinə başçılıq edən yeganə Azərbaycan idmançısıdır.
İstanbulda keçirilmiş 23 yaşadək gənclərin sonuncu Avropa çempionatının qalibi reytinqdə 45 xal qazanıb. O, yunan-Roma güləşində reytinqdə ilk dəfə I sıraya yüksələn üç idmançıdan biri olub.
Yunan-Roma güləşçiləri ilk "beşlikdə yer alan digər idmançılarımız isə bunlardır:
60 kq - Murad Məmmədov (V yer)
72 kq - Rəsul Çunayev (IV yer)
97 kq - Orxan Nuriyev (II yer)
Kişi sərbəst güləşçilərimizdən isə cəmi iki, qadınlardan isə bir nəfər "beşliyə düşə bilib:
61 kq - Mircəlal Həsənzadə (IV yer)
79 kq - Cəbrayıl Həsənov (II yer)
50 kq - Mariya Stadnik (II yer)