Qoç - bu günə başlarkən Jamal-ın ifasında "Pull Up"ı dinləsəniz, yaşanacaq saatların nəbzini tutmaq üçün gərəkən işlərin aktivliyini anlaya bilərsiniz. Gün ərzində əlaqələrin yaradılması, özünü reklamla məşğul olun. Tanıdın özünüzü: axı bunu sizdən başqa kimsə edəsi deyil.

Buğa - bu gün real aləmlə müqayisədə virtual aləmdə daha çox vaxt keçirəcəyiniz istisna deyil. Sayt və ya bloqa ifrat vaxt ayırmayın. Şəxsi həyatınızdakı münasibətləri normal inkişaf etdirmək üçün təmaslarınıza diqqət yetirin. Axşam saatlarında sizə yaxın insanların səbr kasasının dərinliyini, onun nə zaman daşacağını sınaqdan keçirmək fikrinə düşməyin.

Əkizlər - bu gün tənhalıq, qəm və qüssədən kənar durun. Adamayovuşmaz olsanız belə, yaxın saydığınız insanlarla ünsiyyətdə olun. İşdə rəhbərliyin rəğbətini qazanmaq üçün hamı kimi olmayın, irəliyə çıxın, başqalarının bacarmadığı işi edəcəyini deyin və buna inanın.

Xərçəng - səy və qətiyyətinizdə nə qədər dönməz olsanız, işdə bir o qədər irəliləyə bilərsiniz.
Dostları unutmayın, heç olmasa bir dəfə onlarla maraqlanın. Axşam saatlarında davranışınızın ilkin nəticələrini görəcəksiniz.
Romantik musiqiyə pərəstişi də unudun: belə musiqi sizlik deyil. Ritmik musiqi dinləyin ki, sakitlik və rutinlik aurasından çıxa biləsiniz. 

Şir - bu gün təcrübə, bacarıq və biliklərin artırılması üçün əlverişlidir. Vasitəçilər, maklerlər, tələbələr, həkimlər, jurnalistlər və ticarətlə məşğul olan şəxslər bu gün uğurun həzzini alacaqlar. Gəzintiyə çıxanlar və tələbələr üçün gün pis başlamayacaq.

Qız - yumor, orijinallıq, hazırcavablıq, estetik gözəlliyi dəyərləndirmək bacarığına malik olsanız, irəliləyişiniz daha sürətli alınar. Axşam saatlarını romantik şəraitdə keçirin. Çoxdan bəri söyləmək istədiklərinizi sevdiyiniz adama deyin. Çəkinməyin - qorxaqları kimsə sevməz.

Tərəzi - səhər saatlarından qıvraq, gümrah olun, gülümsəyin. Pis və pərişan görünmək uğurlarınız, bacarıqlarınız və imkanlarınız üçün çox pis reklam olacaq. Kiçik soyuqdəymə və zökəmi problem etməyin. Sanqvinik və xoleriklər aktiv, melanxolik insanlar isə bir qədər astagəl olmalıdırlar.

Əqrəb - bu gün qeyri-standart insanlar, şən adamlarla daha çox ünsiyyətdə olun. Problemləri özünüzə yük etməyin. Gün ərzində Facebook sizi güldürəcək, amma axşam saatlarında düşünməyə və qəmlənməyə vadar edəcək.

Oxatan - bu gün sizi axtaran, danışmaq istəyən, təmaslar qurmaq fikrinə düşən adamlara laqeyd olmayın. Belə adamlarla təmaslar sizi gümrah və fəal saxlayacaq, ümidsizliyə qapılmağa qoymayacaq. Səhər saatlarında problemlərin ilkin işartıları yaransa da, onlar az sonra yoxa çıxacaq.

Oğlaq - Sevimli insan, potensial müştərilər, dostlarla əlaqələr, onlarla söhbətlər üçün əlverişli zamandır. Çətin vəziyyətə düşə bilərsiniz. Lakin sadiq dostlar köməyinizə çatacaqlar. Problemlərdən çəkinməyin, onları həll etməyə üstünlük verin.

Dolça - bu gün sizin üçün pozitiv və kreativ olacaq.  Qayğılar və problemləri özünüzə dərd etməyin. Sənədlərlə iş üçün pis gün olmasa da, darıxdırıcı kağızları və faylları saatlarla təhlil etməyin, təfərrüatlı və təfsilatlı hesablamalarla məşğul olmayın.

Balıqlar - köhnə işlərin baş çatdırılması və nəticələrin gözdən keçirilməsi üçün əlverişli gündür. Yeni layihələrlə bağlı işlərə başlamayın. Təkliflər alacaqsınız. Amma ehtiyatlı olun, imkanlarınızla potensial tərəfdaşlarınızın gücünü olduğundan artıq dəyərləndirməyin.

Milli.Az