Onlar işıqforun qırmızı işığında gözləməmək üçün yanacaqdoldurma məntqəsinə daxil olurlar
Bu yoldan istifadə edən bəzi avtobus sürücüləri sərnişinlərin həyatını təhlükəyə ataraq qayda pozurlar. Söhbət 11, 35, 46, 183 saylı marşurt avtobuslarından gedir. Adıçəkilən marşurt xətti ilə avtobusu idarə edən sürücülərin əksəriyyəti işıqforun qırmızı işığında gözləməmək üçün alternativ yol kimi yolun bir addımlığında olan yanacaqdoldurma məntqəsinə daxil olaraq oradan keçirlər. Bu hala xüsusilə axşam saatlarında daha çox rast gəlmək olar.Baxmayaraq ki, yanacaqdoldurma məntəqəsinin giriş hissəsinə avtobusların sərnişinlə dolu halda bu əraziyə girməsinə qadağa qoyulub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, həmin ərazidəki təhlükəsiz şəhər kameralarına baxış keçiriləcək.Belə qayda pozan sürücülər xüsusən də sərnişinlə yanacaqdoludrma məntəqəsinə daxil olan avtobus sürücüləri ikiqat cərimə olunacaq. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, ümumi istifadədə olan nəqliyyat vasitələrinin sərnişinlərlə dolu yanacaqdoldurma məntəqəsinə daxil olmasına görə sürücülər 3 cərimə balı və 60 manat cərimələnə bilərlər.