Bakıdakı dəhşətli qəza ilə bağlı şok detal
Avtomobil tərəfindən vurulan türk vətəndaşı kimin oğludur?
Türkiyə tarixinin ən qalmaqallı məhkəmə işi sayılan "Ergenekon"un bir qolu - "Balyoz" məhbuslarından biri Yarbay Mustafa Dənizin 21 yaşlı oğlu Alp Kaan Dönməz Bakıdakı bir avtomobil qəzasında dünyasını dəyişib. Bu barədə "Unikal"a etibarlı mənbə bildirib.
Mənbənin deməsinə görə, mühəndislik təhsili alan və staj üçün Bakıya gələn Alp Kaan Dönməz Azərbaycan paytaxtında yolu bir tərəfdən digər tərəfə keçərkən bir avtomobil tərəfindən vurulub. "Balyoz" məhbusunun oğlunu həyata qaytarmaq mümkün olmayıb.
Öyrəndiyimizə görə, hadisə üç gün səhər saatlarında baş verib, bundan az sonra isə İstanbulda "Balyoz" məhkəməsinin növbəti iclası başlayıb. Mustafa Dönməzə oğlunun Azərbaycanda avtomobil qəzasında dünyasını dəyişdiyi barədə məlumat da elə məhkəmə salonunda verilib. Dönməz bu xəbərdən dəhşətli dərəcədə sarsılaraq şok keçirib, onunla birgə müqəssir sayılan digər "Balyoz" məhbusları, o cümlədən məşhur jurnalist, CHP-dən olan millət Mustafa Balbay, Tuncay Özkan və digərləri acı xəbərdən yıxılan məhbus atanı sakitləşdirməyə çalışıblar.
Əldə etdiyimiz məlumata görə, Mustafa Dönməzə məhkəmə heyəti tərəfindən oğlunun dəfnində və hüzr mərasimində iştirak etmək üçün 2 gnlük izn verilib.
"Unikal" əməkdaşının Bakıdakı məlum qəza ilə bağlı əlavə təfərrüatlar öyrənmək cəhdləri isə nəticə verib. Məlum olub ki, qəza sentyabrın 1-də səhər saatlarında yox, əksinə, gecə saat 24 radələrində baş verib. Hadisənin yeri isə paytaxtın Binəqədi rayonu ərazisidir. Əldə etdiyimiz ən son məlumata görə, Alp Kaan Dönməzi vuran avtomobil hələ də tapılmayıb.
Azər Aslan
Digər Xəbərlər
2025-03-03 23:21:10

2025-03-03 20:58:24

2025-03-03 20:01:07

2025-03-03 18:57:43

2025-03-03 16:10:23

2025-03-03 12:44:53

2025-03-03 12:18:17

2025-02-28 19:38:34

2025-02-28 18:54:26

2025-02-28 16:24:23

2025-02-28 13:27:55

2025-02-28 13:25:23

2025-02-28 11:34:17

2025-02-28 11:29:35

2025-02-28 11:00:05
_1739542811.jpeg)
2025-02-27 20:07:00

2025-02-27 20:01:22

2025-02-27 18:44:40
