İctimai Televiziyanın sabiq direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyevə vəzifə verilib.
Unikal.org aznews.az-a istinadən xəbər verir ki, Cəmil Quliyev avqustun 1-dən Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun mudiri təyin edilib.
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumatı təsdiq edib.