"Mehman Hüseynov Pentensiar Xidmətin Baş İdarəsinə və Cəzaçəkmə Müəssisəsinin rəisinə müraciət edib".

Bu barədə unikal.org-a bloggerin vəkili Şəhla Hümbətova məlumat verib:

"Mehmanla görüşdüm. Müraciət yazdım, o özü imzaladı. Müraciəti müəssisənin rəis müavininə təqdim etdi. Məsələyə qısa zamanda cavab veriləcəyinə ümid edirik. Böyük qardaşı ölkədə olmadığı üçün Mehman Hüseynov anasının dəfnində iştirak etmək istəyir. Məndə olan məlumata görə, Mehmanın müraciətinə baxılandan sonra onun anasının torpağa tapşırılması planlaşdırılır."

16:05

Xəbər verdiyimiz kimi, həbsdə olan video-bloqer Mehman Hüseynovun anası vəfat edib.

Pentensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov Unikal.org-a açıqlamasında bildirib ki, hazırda həbsdə olan bloggerin vəkili Şəhla Hümbətova Qaradağ rayon Qızıldaş qəsəbəsindəki 14 saylı Cəzaçəkmə müəssisəsində Mehman Hüseynovla görüşür. Mehman Hüseynovun cəzaçəkmə müəssisəsinin rəisinə müraciət edəndən sonra oun anasının dəfnində iştirak etmək üçün məsələyə baxılacaq.

Famil Fərhadoğlu