Bakı Metropoliteninin "Bakmil stansiyasının müvəqqəti təmirə bağlanması ilə əlaqədar metropoliten işçilərinin və ətraf ərazidə yaşayan əhalinin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 71 nömrəli müntəzəm marşrut xətti ( "Azadlıq prospekti metrostansiyası - "Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi) üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Unikal.org BNA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, 71 nömrəli marşrut xətti üzrə avtobuslar Ziya Bünyadov prospektindən keçib Ələsgər Qayıbov küçəsinə daxil olmaqla yenidən Z. Bünyadov prospektinə çıxaraq yoluna davam edəcək.

Dəyişiklik təmir işləri yekunlaşanadək qüvvədə olacaq. Bu müddətdə Ə.Qayıbov küçəsindən sərnişindaşınmaya 71 nömrəli marşrut xətti üzrə 4 ədəd nəqliyyat vasitəsi ayrılacaq.