Həbsdə olan bloger Mehman Hüseynov anasının dəfn mərasimində iştirak etmək üçün cəzaçəkmə müəssisəsindən növbəti dəfə müvəqqəti azadlığa buraxılıb.

Unikal.org xəbər verir ki, hazırda Mehman Hüseynov Qaraçuxur qəsəbəsində yerləşən mənzilindədir.Bu barədə Xural qəzetinin Baş Redaktoru Əvəz Zeynallı facebook hesabında paylaşım edib.

Qeyd edək ki, saat 11-də Mehman Hüseynovun anası Firəngiz Hüseynovanın cənazəsi yaşadığı evdən götürüləcək.