Neftçala rayonunda piyadanıavtomobil vurub.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolununrayonun Xıllı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki,"VAZ-2107 markalı minik avtomobili yolu keçmək istəyən, təxminən, 18-20 yaş arasında gənci vuraraq öldürüb.
Meyit Salyandakı morqa gətirilib. Həmin piyadanın şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.